"Xəzər Lənkəran"ın legioneri yenidən Premyer Liqamızda

28 Dekabr 2020 13:00 Şamaxı 1 591
"Xəzər Lənkəran"ın legioneri yenidən Premyer Liqamızda

«Xəzər Lənkəran»ın keçmiş legioneri Sadio Tounkara karyerasını yenidən Azərbaycanda davam etdirəcək.

Sportinfo.az-ın məlumatına görə, ötən mövsümü Estoniyada keçirmiş hücumçu «Keşlə» ilə anlaşıb.

Baş məşqçi Yunis Hüseynov XL-dən yaxşı tanıdığı malili futbolçunun xidmətinə maraq göstərdiyindən, paytaxt təmsilçisi onunla müqavilə şərtlərini razılaşdırıb.

Afrikalı legioner qarşıdakı günlərdə Bakıya gəlib, 1 illik (6 ay+6ay) kontrakta imza atmalıdır.

Estoniyada Nurlan Novruzovla bərabər «Narva Trans»ın şərəfini qorumuş Tounkara vaxtilə ölkəmizdə AZAL və «Zirə»nin də formasını geyinib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti