Xəbər verdiyimiz kimi, “Keşlə” Anatole Abanqı heyətinə qatıb.
Paytaxt klubu 24 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb.
Son olaraq Moldovada - “Şerif”də oynayan Abanq buna qədər Çinin “Nantoq”, ABŞ-ın “Nyu York Red Bulls”, Rumınıyanın “Astra”, Finlandiyanın SJK, Danimarkanın “Hobro” və Kamerunun “Reynbou” klublarında çıxış edib.
Həmçinin Kamerun millisinin heyətində 6 matç keçirən forvardın aktivində 1 qol və 1 məhsuldar ötürmə var.
O, Azərbaycana 3 gün öncə gəlib. “Neftçi“ ilə Premyer Liqa matçını stadiondan izləyən afrikalı legionerin transferinin təşəbbüskarı klubun yeni idman direktoru Ceyhun Sultanovdur.
Abanqın burada hər ay 7000 dollar qazanacağı söylənilir.
SPORTİNFO.AZ

