Yığışıb baş məşqçidən şikayətə getdilər – Bakı klubunda

18 Dekabr 2020 19:00 Şamaxı 2 150
Yığışıb baş məşqçidən şikayətə getdilər – Bakı klubunda

«Keşlə»nin əksər futbolçuları Yunis Hüseynovdan klubun yeni idman direktoru Ceyhun Sultanova şikayət edib.

Sportinfo.az-ın məlumatına görə, onlar baş məşqçinin komandanı idarə edə bilmədiyini söyləyib.

Oyunçuların iddiasına görə, adıçəkilən mütəxəssis işinə ciddi yanaşmır, nizam-intizamın yaradılmasına önəm vermir, sistematik məşq keçmir.

Məşqçilər korpusunun nümayəndələri arasında fikir ayrılığının olduğunu deyən futbolçular hazırlıq prosesinin düzgün qurulmamasına, kollektiv üzvləri arasında ayrı-seçkilik hallarının yaşanmasına diqqət çəkib.

Bir sözlə, sabiq «bankirlər» Yunis Hüseynovla uğur qazanmamağın mümkün olmamasına işarə vurublar. Ceyhun Sultanov isə cavabında bu kimi məsələlərə qarışmadığını, sadəcə, prosesləri hələ bir müddət kənardan seyr edəcəyini bildirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti