"Karpat"nın sabiq baş məşqçisi Valentin Xodukin 81 yaşında vəfat edib.
Sportinfo.az xəbər verir ki, bu barədə Ukrayna klubunun saytı məlumat yayıb.
Xodukin 2006-2009-cü illərdə "İnter"in (indiki "Keşlə") baş məşqçisi olub. O, 2008/09 mövsümündə Azərbaycan çempionatının gümüş medalını qazanıb.
"Karpat"da Miron Markeviçin məşqçilər heyətinin üzvü idi və 2002 və 2004-cü illərdə Ukrayna təmsilçisində baş məşqçi kimi fəaliyyət göstərib.

