Premyer Liqa klubunun baş məşqçisi də xəstə çıxdı

16 Dekabr 2020 12:40 Şamaxı 921
Premyer Liqa klubunun baş məşqçisi də xəstə çıxdı

"Keşlə"nin baş məşqçisi Yunis Hüseynov koronavirusa yoluxub.

Sportinfo.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.

55 yaşlı mütəxəssis hazırda həkimlərin nəzarəti altında müalicəsini davam etdirir. Bakı təmsilçisində ondan başqa daha 3 aktiv xəstə var: Miyuşko Boyoviç, Con Kamara, Turan Vəlizadə.

Hüseynovun köməkçilərindən Zaur İsmayılovla yanaşı, 12 futbolçu da sağalıb: Stanislav Namaşko, Vüsal İsgəndərli, Rəhman Hacıyev, Sezar Meza Kolli, Kamal Bayramov, Şəhriyar Əliyev, Xəzər Mahmudov, Rail Məlikov, Rafael Məhərrəmli, Tural Axundov, Tərlan Quliyev, Rəşad Sadiqov.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti