"Mən burada nəticəyə məsuliyyət daşımayacam" - Yeni klub idarəçisi

13 Dekabr 2020 16:00 Şamaxı 1 290
"Mən burada nəticəyə məsuliyyət daşımayacam" - Yeni klub idarəçisi

"Mən burada nəticəyə məsuliyyət daşımayacam"

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Keşlə»nin yeni idman direktoru Ceyhun Sultanov deyib.

Ö.tən ay «Neftçi» ilə yollarını ayıran və «Keşlə»də görəvə gələn Sultanov əsas işinin strukturla bağlı olduğunu bildirib:

«İdari məsələlərlə məşğul olacam. Yəni, təşkilatçılıqla. Hələlik müşahidə etməklə məşğul olacam. Mənə elə gəlir ki, bir müddət belə davam edəcəm.

Mən əvvəlcə klubun iş prinsipləriylə tanış olmalı, sonra nə etmək lazım gəldiyini özüm üçün müəyyənləşdirməliyəm. Nəticə və transfer məsələlərinə qarşımıram. Bu, mənlik deyil.

Futbolçuların gətirilməsi və çıxarılmasıyla məşğul deyiləm. Bunun üçün məşqçi korpusu var. Mənim səlahiyyətlərim sırf təşkilatçılıqla bağlıdır.

İşə başlayandan sonra yalnız Müşahidə Şurasının sədri Zaur Axundovla söhbət etmişəm. Bir də Yunis Hüseynovla. Nə futbolçularla görüşmüşəm, nə də başqa kimsəylə».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti