"Keşlə"nin yeni icraçı direktoru Ceyhun Sultanov əsas komandanın məşqçilər korpusu ilə görüşüb.
İclasda Premyer Liqanın geridə qalan 11 həftəsi müzakirə olunub.
Sultanov 13 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşan kollektivin nəticəsinin qənaətöəxş olmadığını bildirib.
Yunis Hüseynov bu fikirlə razılaşıb. Baş məşqçi yanlış transfer siyasətinin komandanı çətin vəziyyətə saldığını bildirib. O, xüsusən legionerlərdən şikayətlənib.
Qeyd edib ki, onadək müqavilə imzalanan əcnəbi futbolçuların əksəriyyəti Premyer Liqanın səviyyəsinə cavab vermir. Hüseynov islahatların aparılmasının vacibliyini vurğulayıb.
Hüseynov mövcud heyətlə avrokuboklara vəsiqə uğrunda mübarizə aparmağın mümkün olmadığını da söyləyib.
2004-cü ildən məşqçilik həyatına atıldığını deyən mütəxəssis indiyədək 4 klubda ("Karvan", "Standart", "Xəzər Lənkəran" və "Kəpəz") çalışdığını, lakin heç birində bu qədər aşağı ranqlı legionerlər görmədiyini da iddia edib.
Ümumiləşdirsək, Hüseynov transıer bazarlığının klubun deyil, şəxsi maraqlara xidmət etməsinə işarə vurub və bununla, Tərlan Əhmədovu nişan verib.
SPORTİNFO.AZ

