«Keşlə»nin müdafiəçisi Miyusko Boyoviç Bakıda xəstəxanaya yerləşdirilib.
Sportinfo.az-ın məlumatına görə, koronavirusa yoluxmuş monteneqrolu legionerin səhhəti dünən qəflətən pisləşib.
Nəfəs almaqda çətinlik çəkən futbolçu halsızlaşıb və təcili tibbi yardıma müraciət edib.
İlk müraciət olunan klinika bütün palataların dolmasını əsas gətirərək, onu qəbul etməyə razılaşmayıb.
Daha sonra klub rəhbərliyi ilə səfirliyin nümayəndələri işə qarışıb və Boyoviçi başqa bir xəstəxanaya yerləşdirmək mümkün olub.
Müayinə zamanı adıçəkilən oyunçunun xəstəliyinin kəskinləşməsi üzə çıxıb. Belə ki. onun ağ ciyərində «buzlaşma»nın faizi xeyli artıb. Balkanlı legionerin ən azı 8 həftə xəstəxanada qalması razılaşdırılb.

