"Lüksemburqda çoxlu serbiyalı və portuqaliyalı yaşayır. İrlandiyanın da çoxlu sayda azarkeşi var".
Sportinfo.az xəbər verir ki, bu fikirləri Lüksemburq millisinin baş məşqçisi Lük Holts "Wort.lu" saytına açıqlamasında DÇ-2022-nin seçmə mərhələsinin püşkünü dəyərləndirərkən deyib.
51 yaşlı mütəxəssis matçlarda azarkeşlərin iştirak etməsinin tərəfdarı olduğnu bildirib: "Ümid edirəm ki, oyunları yeni stadionda və azarkeşlər qarşısında oynaya biləcəyik. Bundan əlavə, bütün oyunçuların hazır olması vacib amillərdən biridir".
Lüksemburq yığması Serbiya, Portuqaliya, İrlandiya və Azərbaycan millisi ilə birlikdə A qrupunda qərarlaşıb.

