“Koronavirus insana ciddi problemlər yaradır. Yorğun düşürsən, bədən ağırsı, baş ağrısı verir”.
Sportinfo.az xəbər verir ki, bunu apasport.az-a koronavirusa yoluxan Bakının “Keşlə” klubunun yarımmüdafiəçisi Sezar Meza Kolli deyib.
Meza Kolli klublarda yoluxmaların sayının sürətlə artmasına baxmayaraq, çempionatın dayandırılmasının tərəfdarı deyil.
“Keşlə” hazırda 13 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 29 yaşlı paraqvaylı bu virusu həyatın bir parçası kimi qəbul etmək məcburiyyətində olduqlarını vurğulayıb:
“Məncə, Premyer Liqada mübarizə davam etdirilməlidir. Bundan necə xilas olmağın yollarını tapmaq lazımdır. Bu virus artıq həyatın bir hissəsidir”.

