«Keşlə»də uzun müddətdir davam edən narahatlığa son qoyulub.
Sportinfo.az-ın məlumatına görə, paytaxt klubu artıq üçüncü aydır ödəmələri dayandırmaq məcburiyyətində qalıb.
Premyer Liqanın bürünc medalçısı SOCAR-da davam edən audit yoxlamaları səbəbindən pul üzünə həsrətdir.
Nəhayət, klubun Müşahidə Şurasının sədri Zaur Axundov problemi çözə bilib: onun təkidindən sonra üzümüzə gələn həftənin ilk yarısında maaşların verilməsi razılaşdırılıb.

