Rövnəq Abdullayevin qardaşı oğlu "Neftçi"dən uzaqlaşdırılan şəxsə iş verdi

11 Avqust 2020 19:02 Səbail 3 736
Rövnəq Abdullayevin qardaşı oğlu "Neftçi"dən uzaqlaşdırılan şəxsə iş verdi

«Səbail»in prezidenti səlahiyyətlərini yerinə yetirən Tamerlan Abdullayev «Neftçi»nin keçmiş baş inzibatçısı Pərviz Əhmədova jest edib.

Sportinfo.az-ın məlumatına görə, Rövnəq Abdullayevin qardaşı oğlu onu öz klubunda işə götürüb.

2018-ci ildə «ağ-qaralar»ın düşərgəsindən ayrılmaq məcburiyyətində qalan Pərviz bəy bundan sonra Bayıl təmsilçisinin akademiyasında fəaliyyət göstərəcək.

Əhmədov «Neftçi»ni Tərlan Əhmədova görə tərk edib. O, komandayla bağlı yol verdiyi səhvləri baş inzibatçınıın üstünə atıb və işini itirməsinə səbəbkar olub.

Keçmiş adminstrator başına gələnlərlə bağlı mayda saytımıza geniş açıqlamalar verib və demək olar çox şeyi danışıb (https://www.sportinfo.az/idman_xeberleri/premyer_liqa/83312.html).

Tamerlan Abdullayev məhz bundan sonra onunla əlaqə qurub, iş almasında köməklik göstərib.

Digər Xəbərlər
Xəbər Lenti