”Qalib gəlmək üçün əlimizdən gələni etdik, sona qədər mübarizə apardıq"

08:00 Voleybol 63
”Qalib gəlmək üçün əlimizdən gələni etdik, sona qədər mübarizə apardıq"

Bakıda təşkil olunan voleybol üzrə Avropa çempionatının C qrupunda Azərbaycan millisi Rumıniya yığmasına qarşı matçda sona qədər mübarizə aparıb.

Sportinfo.az xəbər verir ki, bunu millinin toppaylayıcısı Kristina Besman Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

O, Milli Gimnastika Arenasında baş tutan mübarizənin gərgin keçdiyini diqqətə çatdırıb:

"Çox çətin oyun oldu. Rumıniya millisi güclü komandadır, xüsusilə servislərdə çox yaxşıdır. Bəzi məqamlarda qəbulda çətinliklər yaşadıq. Lakin bu oyunda qalib gəlmək üçün əlimizdən gələni etdik. Sona qədər mübarizə apardıq və qələbə qazandıq".

Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv Rumıniyanı 3:2 hesabı ilə məğlub edib. Ardıcıl üçüncü qələbəsini qazanan milli 8 xalla C qrupunda liderdir.

Digər Xəbərlər
Xəbər Lenti
25 Avqust 17:30 Çək və bizə göndər!