Fantastik maaş, dəbdəbəli şərait - "Səbail"in ulduzu haqda

3 May 2020 13:00 Səbail 1 083
Fantastik maaş, dəbdəbəli şərait -

"Çelsi"nin heyətində Çempionlar Liqasının qalibi olan Maykl Essyenin son 2 ölkədə məvacibləri müqayisə olunub.

Sportinfo.az xəbər verir ki, 38 yaşlı qanalı yarımmüdafiəçinin "Səbail"dəki qazancı buna qədər çıxış etdiyi İndoneziyadan xeyli aşağı olduğu açıqlanıb.

Bu haqda İndoneziya mətbuatı məlumat yayıb. Essyenin qazancı Asiyada 800 min, Azərbaycanda 250 min avroya yaxın olub. Mayklın 2017-18-ci illərdə heyətində 29 matç keçirərək 5 qol vurduğu "Persib Bandunq"un baş məşqçisi olmuş Umux Muxtar təcrübəli futbolçunun onlarla yollarını təəssüflə ayırdığını bəyan edib:

"Mayklın İndoneziyaya fantastik məvacib və dəbdəbəli şəraiti vardı. O, həmçinin "Persib Bandunq"dan getdiyinə görə üzüldü. Həmin dövrdə klub rəhbərliyi Essyeni 2018-ci il mövsümü üçün saxlamağı planlaşdırırıdı. Ancaq o, hansısa səbəbdən "Persib Bandunq"la müqaviləsini pozdu.

Ola bilər ki, məsələ məşqçiylə bağlı idi. Hərçənd, müqaviləsi vardı. Ancaq nə edə bilərəm, bəlkə də gedişi mentalitetlə bağlı oldu. O, Persibdə uğursuzluq yaşadı".

"Səbail"ə ötən ilin martında keçən Mayklın müqaviləsi cari mövsümün sonunda bitir.

Digər Xəbərlər
Xəbər Lenti