Maykl Essyen: "Dostlarım Bakının harada olduğunu da bilmədilər”

22 Aprel 2020 17:38 Səbail 721
Maykl Essyen: "Dostlarım Bakının harada olduğunu da bilmədilər”

“Dostlarımla Bakı haqqında danışanda, bu şəhərin harada olduğunu da bilmədilər”.

Sportinfo.az xəbər verir ki, bunu “Səbail”in qanalı futbolçusu Maykl Essyen Rusiyanın “Match TV” kanalına açıqlamasında deyib.

38 yaşlı yarımmüdafiəçi bildirib ki, heç kim onu Azərbaycan çempionatına getməyə razı salmayıb: “Qohumlarım buranı yanımda olduqları zaman çox xoşlayırlar. Bakıda, ümumiyyətlə, tıxac yoxdur”.

Essyen 2019-cu ilin martından “Səbail”də çıxış edir. Qanalı ulduz Azərbaycanı İndoneziya ilə müqayisə edib: “Bir neçə il İndoneziyada oynadım, orada nəqliyyatın vəziyyəti 20 qat pisdir. Azərbaycan mətbəxi çox dadlıdır, amma yüksək kalorilidir".

Digər Xəbərlər
Xəbər Lenti