Məmmədov üçüncü dəfə vitse-prezidenti seçildi

03:50 Şahmat 111
Məmmədov üçüncü dəfə vitse-prezidenti seçildi

Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadası çərçivəsində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) konqresi keçirilib.

Sportinfo.az xəbər verir ki, ali şahmat qurumunda rəhbər vəzifələrə seçkilər baş tutub.

Sentyabrın 26-da FİDE-nin yeni prezidenti müəyyənləşib.

Qalib ikinci turda məlum olub. Timur Turlov 110 səslə seçkidə qalib gəlib və növbəti 4 il müddətinə ali şahmat qurumunun rəhbəri seçilib.

Bu gün digər rəhbər vəzifələrə seçkilər və təyinat rəsmiləşib. Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov növbəti 4 il müddətinə Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti seçilib.

AŞF rəhbəri Mahir Məmmədov ilk dəfə 2018-ci ildə FIDE-nin vitse-prezidenti seçilib, 2022-ci ildə isə ikinci dəfə bu vəzifədə işini davam etdirmək imkanı qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?