"Sabah"ın sabah üçün etdiyi transfer – SON DƏQİQƏ

19 Aprel 2020 12:45 Səbail 1 741
"Sabah"ın sabah üçün etdiyi transfer – SON DƏQİQƏ

17 yaşlılardan ibarət yığmanın formasını geyinmiş Bədir Ziyadovun «Sumqayıt»la şifahi razılığa gəlməsini xəbər vermişdik.

«Soci»nin əvəzedici komandasında çıxış edən yarımmüdafiçinin «kimyaçılar»la 3 illik anlaşmasının rəsmiləşməsi iyuna qalmışdı. Lakin… Maliyyə çətinliyi yaşayan «gənclik şəhəri» təmsilçisi bu transferdən vaz keçmək məcburiyyətində qalıb.

Sportinfo.az-ın əldə etdiyi yeni məlumata görə, 20 yaşlı futbolçu indi «Sabah»a keçməyə çox yaxındır.

Masazır klubu onun şərtlərini qəbul etməyə hazırdır. Bu dəfə hər şey deyildiyi kimi olsa, o, koronavirus pandemiyası başa çatandan sonra uzunmüddətli müqaviləyə imza atacaq.

Ziyadov bir müddət «Sabah»ın əvəzedicilərində oyun praktikası qazanacaq, daha sonra əsas komandaya cəlb oulnacaq. Azərbaycanda «transfer pəncərəsi» bağlanmasaydı, «ağ-göylər» indi də onun adını iştirak ərizəsinə salardı.

Gəl ki, vəziyyət «Sabah»dan daha 2-3 ay gözləməyi tələb edir. Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov saytımıza açıqlamasında, hazırda heç bir yeni futbolçu ilə müqavilə imzalamadıqlarını bildirib.

Digər Xəbərlər
Xəbər Lenti