Hacıyev Super Liqa klubundan aldığı dəvət barədə nə dedi?

29 Mart 2020 16:16 Səbail 1 033
Hacıyev Super Liqa klubundan aldığı dəvət barədə nə dedi?

«Mən bu xəbər barədə heç nə demək istəmirəm. Çünki rəsmi bir şey olmadan fikir söyləməyin tərəfdarı deyiləm».

«Səbail»in baş məşqçisi Aftandil Hacıyev Sportinfo.az-a açıqlamasında belə söyləyib.

Redaksiyamıza daxil olan məlumata görə, o, bu yaxınlarda Türkiyədən iəklif alıb. «Pro» kateqoriyalı mütəxəssisə dəvət «Antalyaspor»dan gəlib.
Super Liqada mübarizə aparan klub gənc çalışdırıcıya baş məşqçinin köməkçisi vəzifəsini təklif edib.

Ötən mövsüm «Səbail»ə tarixində ilk dəfə avrokuboklar biletini qazandıran Hacıyev gözləməyi üstün tutub. O, hazırkı komandasının gələcək planları dəqiqləşmədən iş yerini tərk etməməyi qərara alıb.

Müsahib indiki məqamda bu barədə düşünmədiyini bildirib: «Yaydığınız xəbəri nə təsdiq, nə də təkzib edirəm. Bu gün hamı kimi, mən də koronavirusa qarşı mübarizə aparıram, karantin qaydalarına əməl edirəm.

Bundan başqa yalnız «Səbail»i fikirləşirəm. Bu komandanın baş məşqçisiyəm və çempionatın davam etdirilib-etdirilməyəcəyi ilə bağlı qərarı gözləyirəm. İş müddətində hansısa təkliflərin gəlməsi normal haldır.

Buna qədər də bəzi təkliflər olub, sadəcə, «Səbail»dəki işimi yarımçıq qoymaq istəməmişəm. Klubumuzun rəhbərliyi mənə etimad göstərib, odur ki, sonadək onların inamını doğrultmağı özümə mənəvi borc bilirəm».

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular