AFFA prezidentinin qohumu futbolçulara yemək vermədi – PULU YOXDUR

21 Fevral 2020 12:19 Səbail 1 065
AFFA prezidentinin qohumu futbolçulara yemək vermədi – PULU YOXDUR

Premyer Liqanın son 2 turunda qələbə qazanan «Səbail» dünən gözlənilməz problemlə üzləşib.

Sportinfo.az-ın məlumatına görə, klub rəhbərliyi «Bayıl Arena»da yerləşən bazanın yeməkxanasını «dənizçilər»in üzünə bağlayıb.

Məşqdən çıxan futbolçular adətləri üzrə bura gəlsələr də, onlara nahar və şam yeməyi verilməyib. Komanda üzvlərinə bildirilib ki, büdcədə pul qalmadığından, qida təminatı dayandırılıb. Hətta vəziyyət o yerdədir ki, kommunal ödənişləri etməyə vəsait tapılmır.

«Dənizçilər» klubun prezidenti səlahiyyətlərini daşıyan Tamerlan Abdullayevlə əlaqə yaratmaq istəsələr də, onu tapa bilməyiblər. AFFA prezidenti Rövnəq Abdullayevin qardaşı oğlu yenə də onlardan gizlənib. O, ümumiyyətlə, futbolçulara 1000 manat mükafat borcu yaranandan sonra ortalıqdan yox olub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"