Koçuk "Səbail"dən getmək istəyir - Baş məşqçi

17 Dekabr 2019 15:02 Səbail 1 042
Koçuk "Səbail"dən getmək istəyir - Baş məşqçi

"Səbail"in yarımmüdafiəçisi Yevgeni Koçuk komandadan getmək istəyir.

Bu barədə Sportinfo.az-a açıqlamasında Moldova millisinin baş məşqçisi Engin Fırat məlumat verib. Türkiyəli mütəxəssisin sözlərinə görə, yığmanın üzvü bu barədə onunla danışıb:

"Açığı, Koçuk mənə yalnız "Səbail"dən ayrılmaq variantının olduğunu söylədi. Ancaq hansı komandaya gedəcəyini bilmirəm. Çünki hər şeyi izləmək, futbolçuların hər biri ilə ayrılıqda maraqlanmaq imkanım olmur".

Xatırladaq ki, daha əvvəl 2017/2018 mövsümünün ikinci yarısını icarə əsasında "Səbail"də keçirən Koçuk yayda "Jilina"ya qayıtsa da, ötən ilin avqustunda birdəfəlik Bakı klubuna transfer olmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!