AFFA ilə "Səbail" arasında 50 minlik MÜBAHİSƏ YARANDI

24 Noyabr 2023 11:40 Səbail 1 182
AFFA ilə "Səbail" arasında 50 minlik MÜBAHİSƏ YARANDI

Azərbaycan Premyer Liqasının XIV turu çərçivəsində keçiriləcək "Səbail" - "Kəpəz" matçının vaxtının dəyişdirilməsinin əsl səbəbi məlum olub.

Rəsmi iddia belədir: Bayıl klubunun ev matçlarını keçirdiyi "ASCO Arena"nın elektrik təchizatında problem yaranıb, odur ki. oyun cədvəlində dəyişiklik edilib.

Qəsəbə təmsilçisinin müraciəti əsasında “Kəpəz” Peşəkar Futbol Liqası tərəfindən məlumatlandırılıb. Əvvəlcədən 18:30-da başlaması nəzərdə tutulan qarşılaşmanın 14:00-da start götürməsinə qərar verilib.

Problem həqiqətən var. Stadionun işıqlandırma sisteminin bir hissəsi sıradan çıxıb. Bu, ilk dəfə özünü ötən həftə göstərib.

Belə ki, burada keçirilən turnirin gedişində işıqlar qəfildən sönüb və onun düzəldilməsi isə azyaşlılardan ibarət komandalar soyuq havada təqribən 30 dəqiqə gözləməli olub.

AFFA balansındakı stadionun problemini aradan qaldırmaqdan imtina edib. Bunun üçün hardasa 50 min manat lazımdır.

Federasiya xərcin klub tərəfindən qarşılanmasını istəyib. ”Səbail” mənsubları isə əsas sponsoru - ”Xəzər Dəniz Gəmiçiliyi”nin rəhbərliyi ilə məsləhətləşmədən sonra təmirə vəsait ayırmağı öz üzərinə götürməyib.

”Dənizçilər” AFFA-ya bildirib ki, guya, büdcədə məbləğ azdır. Odur ki, ”Səbail”in məsələsi zamanın öhdəsinə qalıb.

Tərəflərdən biri məsuliyyəti öz üzərinə götürməsə, böyük ehtimalla, gələn ili naprel ayınadək Bayıl stadionunda axşam saatlarında oyunlar keçirilməyəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti