“Bu, kifayət eləmədi, mən həqiqətən də əlimdən gələni etdim"

27 Sentyabr 08:10 Atçılıq 429
“Bu, kifayət eləmədi, mən həqiqətən də əlimdən gələni etdim"

"Red Bull"dan Maks Ferstappen Azərbaycan Qran-prisində ikinci yeri tutması ilə bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, niderlandlı sürücü bu barədə yarışdan sonra açıqlama verib.

O, sonadək yaxşı mübarizə apardığını söyləyib:

"Yarış ərzində üçüncü yerədək yüksələ bildim. Sonra yenidən güc toplayaraq ikinci sıraya qalxdım.

Liderlə fərqimiz təxminən 1,1 saniyə idi. Finişdə ona bir qədər də yaxınlaşdım. Amma bu, kifayət etmədi. Mən həqiqətən də əlimindən gələni etdim".

"Formula" 1 üzrə Azərbaycan Qran-prisində "Mersedes"in pilotu Corc Rassell bütün rəqiblərini qabaqlayıb.

"Red Bull"dan Maks Ferstappen ikinci, onun komanda yoldaşı İsak Hacar isə üçüncü olub.

Digər Xəbərlər
Xəbər Lenti
13 Noyabr 18:10 Çək və bizə göndər!