Rassellin Bakıdakı qələbəsi ən yaxın finişlərdən biridir - "Formula 1" tarixində

04:30 Atçılıq 109
Rassellin Bakıdakı qələbəsi ən yaxın finişlərdən biridir -

"Mercedes"in britaniyalı pilotu Corc Rassellin "Formula 1"in cari mövsümünün 15-ci mərhələsi - Bakıdakı Azərbaycan Qran-prisindəki qələbəsi yarışlar tarixində ən yaxın finişlərin top-10-luğuna daxil edilib.

Sportinfo.az xəbər verir ki, britaniyalı ikinci yerdə finişə çatan niderlandlı Maks Ferstappeni ("Red Bull") 0,196 saniyə üstünlüklə üstələyib ki, bu da çempionatda 2002-ci ildən bəri ən sıx finiş olub.

Rassellin Bakıdakı qələbəsi "Formula 1" tarixində ən yaxın finişlərin siyahısında onuncu yeri tutub.

Bu reytinqdə doqquzuncu yerdə 2002-ci ilin Avstriya Qran-prisidir. Yalnız qalib gələn Mixael Şumaxer ikinci yeri tutan Rubens Barrikellonu 0,182 saniyə qabaqlayıb.

Rekord 1971-ci ildə İtaliya Qran-prisində müəyyən edilib. O zaman Piter Qetin Ronni Petersondan 0,010 saniyə tez çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!