Millinin oyununda 31 yaşlı “ən yaxşı” - Onu siz də tanıyın!

11:55 Milli komanda 103
Millinin oyununda 31 yaşlı “ən yaxşı” - Onu siz də tanıyın!

Millətlər Liqasında Litva ilə Azərbaycan arasında keçiriləcək oyunu Kiprdən olan Menelaos Antoniou idarə edəcək.

Bu gün Kaunasda baş tutacaq qarşılaşma 31 yaşlı referinin Azərbaycan millisi ilə ilk görüşü olacaq.

Antoniounun indiyədək nə Azərbaycan millisinin, nə də Azərbaycan klublarının oyununda baş hakim kimi yolu kəsişməyib. Bu baxımdan Litva – Azərbaycan qarşılaşması onun Azərbaycan futbolu ilə ilk görüşü olacaq.

1995-ci ildə Kiprdə doğulan Antoniou ölkəsinin yüksək liqasında hakimliyə 2022-ci ildə başlayıb. Yüksək divizionda ilk oyununu 2022-ci ildə idarə edib.

Sonrakı illərdə onun Kipr çempionatında təyinatlarının sayı artıb və artıq ölkənin əsas hakimlərindən birinə çevrilib.

Antoniou beynəlxalq hakimlik fəaliyyətinə isə 2023-cü ildən başlayıb.

O, UEFA-nın müxtəlif turnirlərində, o cümlədən Konfrans Liqasının təsnifat mərhələsində, UEFA Gənclər Liqasında, eləcə də U-19 və U-21 Avropa çempionatlarının seçmə oyunlarında baş hakim kimi çalışıb.

Karyerasında ən diqqətçəkən məqamlardan biri 2025-ci ildə Kiprin ən yaxşı hakimi seçilməsidir. Menrlaos 2024/25 mövsümünün yekunlarına əsasən ölkənin yüksək liqasının ən yaxşı referisi adına layiq görülüb. Kiprdə bu yaşda “ən yaxşı” adını qazanan ilk hakimdir.

Antoniounun adı şəxsi qalmaqallarla geniş şəkildə hallanan hakimlərdən deyil. Bununla belə, onun karyerasında diqqət çəkən iki hadisə var.

2023-cü ildə Kiprdə hakimlərə qarşı təhdidlərin artdığı dövrdə Antoniounun ailəsinə məxsus avtomobillə bağlı təhlükəsizlik hadisəsi yaşanmışdı.

2024-cü ilin yanvarında isə Nea Salamina – APOEL kubok matçında tribunadan atılan pirotexniki vasitə futbolçu Giorgos Papageorgiouya xəsarət yetirmişdi. Qarşılaşmanın baş hakimi olan Antoniou bu hadisədən dərhal sonra oyunu dayandırıb.

Beləliklə, Litva – Azərbaycan oyununun baş hakimi artıq dörd ilə yaxındır Kiprin yüksək liqasında fit çalan, 2023-cü ildən beynəlxalq status daşıyan və 2024/25 mövsümündə ölkəsinin ən yaxşı hakimi seçilən referidir.

Azərbaycan üçün isə əsas məqam ondan ibarətdir ki, Antoniou millimizin və klublarımızın əvvəlki oyunlarından heç birində baş hakim olmayıb. Buna görə də onun Azərbaycan komandaları ilə bağlı əvvəlki hakimlik tarixçəsi yoxdur.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!