Tacikistan yığması ilə yoldaşlıq oyunu Azərbaycan millisinin 5 futbolçusu üçün əlamətdar olub.
Sportinfo.az xəbər verir ki, onlardan 3-ü yubiley, 2-si isə debut matçına çıxıb.
“Palms Sports Arena”dakı görüşə start heyətində çıxan Elvin Bədəlov millidə 20-ci, Rəhman Daşdəmirovla Tellur Mütəllimov isə 10-cu oyununu keçirib.
Edqar Adilxanovla Fərid Yusifli isə ikinci hissədə meydana çıxaraq, ilk dəfə yığmanın formasını geyiniblər.
Adilxanov 63-cü, Yusifli isə 70-ci dəqiqədə mübarizəyə qoşulub. Bununla milli tarixində komandanın formasını geyinən futbolçu sayı 295-ə çatıb.
Millimiz Tacikistan üzərində 1:0 hesablı qələbə qazanıb.
