Azərbaycanın komanda hesabında ikinci yeri tutdu - Avropa çempionatında

27 Sentyabr 04:10 Boks 603
Azərbaycanın komanda hesabında ikinci yeri tutdu - Avropa çempionatında

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə Avropa çempionatına yekun vurulub.

Sportinfo.az xəbər verir ki, medalların sayında və əyarında rekord vuran Azərbaycanın kişi boksçulardan ibarət millisi komanda hesabında ikinci yeri tutub.

Ravşan Xocayevin baş məşqçisi olduğu yığmamız bu tarixi nailiyyətə 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanmaqla nail olub.

İlk pilləni Rusiya (5-2-0) tutub, “üçlüy”ü Ukrayna (1-1-1) qapayıb. Ruslara finallarda 2 məğlubiyyəti Azərbaycan boksçuları yaşadıblar.

Millimiz kişi və qadın boksçuların komanda hesabında isə üçüncü yerdə qərarlaşıb və xüsusi kubokla mükafatlandırılıb. Bu siyahıda Rusiya (7-5-3) birinci, Türkiyə (4-1-5) ikinci yeri tutub.

Komandamızın heyətində Avropa çempionu olan Səidcəmşid Cəfərov isə yarışın ən yaxşı boksçusu seçilib.

43 ölkədən 406 idmançının mübarizə apardığı Avropa çempionatında Azərbaycan boksçularından Sübhan Mamedovla (50 kq) Səidcəmşid Cəfərov (75 kq) qızıl, Nəbi İsgəndərov (70 kq) gümüş, Amin Məmmədzadə (55 kq) və Məhəmməd Abdullayev (+90 kq) bürünc medal qazanıblar.

Digər Xəbərlər
Xəbər Lenti
18 Noyabr 18:20 Braziliya 7:0 qazandı
18 Noyabr 16:10 Çək və bizə göndər!
18 Noyabr 07:50 Bu, bizə düşərlidirmi?
18 Noyabr 03:20 3:1-i necə qazanmışıq?