O da Qurban Qurbanova şərik olacaq

09:00 Milli komanda 112
O da Qurban Qurbanova şərik olacaq

Emin Mahmudov Azərbaycan millisinin heyətində 67-ci oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi yığmanın heyətində ən çox oyun keçirən 12-ci futbolçudur.

Mahmudov ilk “10-luğ”a daxil olmağa artıq çox yaxındır. Bunun üçün o, UEFA Millətlər Liqası çərçivəsində keçiriləcək ardıcıl 3 oyunun hər birində meydana çıxmalıdır.

Emin daha bir görüşdə iştirak edərsə, hazırda “Qarabağ”ın baş məşqçisi olan Qurban Qurbanova çatacaq.

Mahmudov ikinci qarşılaşmada meydana çıxmaqla isə Ramil Şeydayevlə göstəriciləri bərabərləşdirəcək və ilk “10-luğ”a şərik olacaq. 10-cu sıranın şəriksiz sakini olmaq üçün isə hər üç oyunda meydana çıxmalıdır.

Millimizdə ən çox oyun keçirən futbolçu Rəşad Sadıqovdur. “Zirə”nin baş məşqçisi yığmada 111 görüşə çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!