Düzgün qərar versək, onların bütün planlarını pozacağıq!

16:05 Milli komanda 145
Düzgün qərar versək, onların bütün planlarını pozacağıq!

Azərbaycan millisinin əsas üstünlüklərindən biri fərdi keyfiyyətdir.

Ayxan Abbasov da qarşılaşmadan əvvəl Litvanı yaxşı təşkilatlanmış komanda kimi xarakterizə edib.

Eyni zamanda o, rəqibin uzun müddətdir birlikdə oynayan və Avropanın müxtəlif çempionatlarında çıxış edən futbolçularının olduğunu vurğulayıb.

Digər tərəfdən, Litva baş məşqçisinin açıqlamalarından da Azərbaycanın texniki keyfiyyətinin onların diqqətində olduğu görünür.

Komandamızın fərdi keyfiyyətli futbolçuları sıx müdafiə qarşısında bir epizodla oyunun istiqamətini dəyişə bilərlər.

Üstünlüklərimizdən biri dar zonalarda kombinasiyalar qurmaq və fərdi hərəkətlərlə müdafiə xəttini pozmaqdır.

Litva müdafiədə kompakt qala bilsə belə, Azərbaycan futbolçularının cərimə meydançasının qarşısında topla düzgün qərar verməsi müdafiə strukturunu poza bilər.

Tacikistanla son yoxlama görüşündə də bu aspekt diqqət çəkdi.

Oyunun müəyyən mərhələsində tempini yüksəldə bildik və Toral Bayramovun qolu ilə 1:0 hesablı qələbə qazandıq.

Millinin keçmiş baş məşqçisi Vaqif Sadıqov da Tacikistanla oyundan sonra Mahir Emrelinin meydana daxil olduqdan sonra oyunun ritmini dəyişdirdiyini və komandaya əlavə dinamika gətirdiyini qeyd edib.

Bu, Litva üçün də vacib nüansdır: Azərbaycan oyunun bütün 90 dəqiqəsini eyni ritmdə keçirməyə bilər və xüsusilə dəyişikliklərdən sonra hücum intensivliyini artıra bilər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti