Azərbaycan milli komandasını Millətlər Liqasında Litvaya qarşı səfərdə keçirəcəyi oyunda 100 azarkeş dəstəkləyəcək.
Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidmətindən məlumat verilib.
Ümumilikdə isə matça hələlik 8500 bilet satılıb.
D Liqasının 2-ci qrupunun Litva - Azərbaycan oyunu sentyabrın 27-də, Bakı vaxtı ilə saat 17:00-da Kaunas şəhərində baş tutacaq.
