UEFA Millətlər Liqasının C Liqasının ilk turu çərçivəsində Qazaxıstan millisi səfərdə Farer adalarının qonağı olub.
Sportinfo.az xəbər verir ki, matç 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Görüşdə hesabı 14-cü dəqiqə Samuelsen açaraq Farer adalarını önə çıxardıb. Ancaq 26-cı dəqiqə Qazaxısatn Yerlanovun qolu ilə bərabərliyi təmin edib.
Qazaxıstan yığmasına dəvət alan “Sabah”ın qapıçısı Stas Pokatilov bu görüşün iştirakçısı olub. O, meydana start heyətində çıxıb və sonadək oynayıb.
