Hazır dayanaraq trekdəki insidentlərə saniyələr içində müdaxilə edən 1100 marşal - FOTOLAR

05:00 Atçılıq 52
Hazır dayanaraq trekdəki insidentlərə saniyələr içində müdaxilə edən 1100 marşal - FOTOLAR

10-cu yubiley Azərbaycan Qran-Prisi başa çatdı, marşallar üçün isə gərgin iş günü finiş bayrağı ilə yekunlaşdı.

Sportinfo.az xəbər verir ki, Bakı Şəhər Halqasında 1100 marşal yarış boyu öz postlarında hazır dayanaraq trekdə baş verən insidentlərə saniyələr içində müdaxilə etdi.

Sərbəst yürüşlərdən əsas yarışa qədər onların çevik reaksiyası və koordinasiyalı işi trekdə yarışın mütəşəkkil keçirilməsində mühüm rol oynadı.

Pilotlar 51 dövrəlik mübarizədə finişə çatmaq üçün yarışarkən, marşalların diqqəti hər an trekdə oldu.

Bolidlər finiş xəttini keçdi, yarış başa çatdı, marşallar isə daha bir Azərbaycan Qran-Prisini təhlükəsiz şəkildə geridə qoydu.

Medial

Medial

Medial

Medial

Medial

Medial

Medial

Medial

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!