30 min manatlıq keçid – Birini göndərib, üçünü gətirəcəklər

16:40 Səbail 110
30 min manatlıq keçid – Birini göndərib, üçünü gətirəcəklər

30 min manatlıq keçid – Birini göndərib, üçünü gətirəcəklər

“Səbail”in və Azərbaycan millisinin futbolçusu Emin Rüstəmov yenidən elitada oynayacaq.

I Liqa təmsilçisi 21 yaşlı müdafiəçini Premyer Liqa klubuna icarəyə verib.

Keçidlə bağlı saytımıza məlumat daxil olub.

“Dənizçilər” yetirməsini bölgəyə elə-belə yola salmayıb. Bunun qarşılığında “Karvan-Yevlax”dan icarə haqqı alıb.

Nə qədər?

Təxminən 30 min manat.

Rüstəmova veriləcək aylıq məvacib öz yerində. Yuxarıda göstərilən rəqəm 5 aylıq müqaviləyə görə əlavə olaraq “Səbail”in büdcəsinə köçürüləcək.

Bayıl təmsilçisi bu addımı heyəti gücləndirmək üçün atıb. Eminin icarə müqaviləsindən əldə olunacaq gəlirlə heyət gücləndiriləcək.

Mövsümü çempion qismində başa vurub Premyer Liqaya qayıtmaq üçün üç futbolçu ilə mövsümün sonuna qədər müqavilə bağlanacaq.

Baş məşqçi Adil Şükürov rəhbərlikdən yarımmüdafiə və hücum xəttinin gücləndirilməsini istəyib. Məlum keçiddən kluba köçürüləcək 30 min manatla yeni futbolçular cəlb olunacaq.

Emin Rüstəmov ötən mövsüm “Səbail”in heyətində Premyer Liqada 12 oyunda şans qazanıb.

U-21-də isə 8 matçda 1 qolla yadda qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Yanvar 17:30 Çək və bizə göndər!