
Premyer Liqada qalmağa çalışan «Səbail» transfer bazarında yenidən aktivləşib.
«Dənizçilər» hazırda azad agent statusu daşıyan iki legionerlə danışıqlar aparır.
Onlardan biri hücumçu, digəri isə yarımmüdafiəçidir. Bayıl təmsilçisi qiyməti 4000-5000 dollar olan əcnəbilərə 4 aylıq müqavilə təklif edib.
«Səbail» 23 tura 17 xal toplayıb və hazırda turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
2025-ci il başlayandan bəri 8 xal toplayan komanda oyunçu sayının azlığından əziyyət çəkir. Üstəlik, zədəlilər də o bir yandan Cavid Hüsenova problem yaradır.
Baş məşqçi bununla bağlı narahatlığını axır vaxtlar tez-tez bölüşür. Yeni legionerlərin alınmasına da elə gənc çalışdırıcının özü israr edir.
Hüseynov klub funksionerləri ilə söhbətində bu məsələni dönə-dönə qaldırıb.
SPORTİNFO.AZ