“Sabah”ın "Bakı Respublika Arena" ilə bağlı planı bəlli oldu
“Sabah” klubu artıq ev oyunlarını Mərdəkanda yerləşən “Sabah Arena”da (köhnə adı ilə Dalğa Arena) keçirməyə başlayıb.
Belə olan halda, Bakı Respublika Arenasının bundan sonrakı aqibəti maraq doğurur.
Masazırda yerləşən 8000 nəfər tutumu olan idman qurğusu başsız qalacaq, yoxsa başqa kluba icarəyə veriləcək?
Klubdan əldə etdiyimiz məlumata görə, arena yenə "Sabah"ın ixtiyarında olacaq.
“Bank Respublika Arena” ilə icarə müqaviləsi davam edir.
Klub mövsümün gedişində bu stadionun xidmətindən də istifadə edəcək.
Əbəs deyil ki, bu mövsüm üçün Peşəkar Futbol Liqasına sifariş edilən iki stadiondan biri “Bank Respublika Arena”dır.
Beləliklə, “Sabah” ev oyunlarını əsasən Mərdəkandakı arenada keçirsə də “Bank Respublika Arena” ilə əməkdaşlığını davam etdirəcək.
Hətta hansısa məqamda burada rəqiblərini qəbul edə bilər.
XANOĞLAN/ SPORTİNFO.AZ
