Çempionlar Liqasındakı təmsilçimiz “Sabah” növbəti oyuna hazırlaşır.
Liqa mərhələsinin 4-cü turunda Norveçin “Viking” klubu ilə qarşılaşacaq “bayquşlar” səfərə oyundan iki gün əvvəl yollanacaq.
Belə ki, nümayəndə heyəti noyabrın 2-də, günorta saat 15:00 radələrində Bakını tərk edəcək. Təxminən 6 saatlıq uçuşdan sonra matçın keçiriləcəyi Stavanger şəhərinə çatacaq komanda üzvləri həmin gün istirahət edəcək.
Noyabrın 3-də isə “Sabah”ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı və komandanın açıq məşqi keçiriləcək.
Litvalı mütəxəssis Bakı vaxtı ilə saat 21:30-da jurnalistlərin suallarını cavablandıracaq. Saat 22:00-da isə “Sabah”ın oyunöncəsi son məşqi baş tutacaq.
Noyabrın 4-dən 5-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq “Viking” – “Sabah” qarşılaşması “Vikinq” stadionunda keçiriləcək.
HƏBİB / SPORTİNFO.AZ
