“Milan”ın hücumçusu Qonçalo Ramuş Portuqaliya millisinin start heyətində yer almağa layiq olduğunu düşünür.
Sportinfo.az xəbər verir ki, 28 yaşlı futbolçu bu barədə “The Touchline”-a açıqlamasında danışıb:
“Portuqaliya millisinin start heyətində meydana çıxmaq istəyirəm. Kimsə oynamağa layiqdirsə, o da mənəm.
Kriştiano Ronaldonun statusuna hörmətlə yanaşırıq, amma düşünürəm ki, biz birlikdə də oynaya bilərik”.
Ramuş Portuqaliya millisinin heyətində 31 oyuna çıxıb, 14 qol vurub və 4 məhsuldar ötürmə verib.
Portuqaliya yığması noyabr ayında UEFA Millətlər Liqası çərçivəsində Danimarka və Uels milliləri ilə qarşılaşacaq.
