Baş məşqçisiz qalan Premyer Liqa komandası 2-3 günlük bu şəxsə tapşırıldı - SON DƏQİQƏ

5 Noyabr 2024 09:00 Səbail 3 061
Baş məşqçisiz qalan Premyer Liqa komandası 2-3 günlük bu şəxsə tapşırıldı - SON DƏQİQƏ

Premyer Liqanın 12-ci turunda «Kəpəz»ə səfərdə 0:1 hesablı məğlubiyyətdən sonra «Səbail»dən istefa verən Şahin Diniyevi kimin əvəzləyəcəyi qarşıdakı günlərdə rəsmən açıqlanacaq.

Hələlik ən real namizəd Cavid Hüseynovdur.

Hazırda «Turan Tovuz»da Kurban Berdiyevin köməkçisi işləyən mütəxəssislə danışıqların yekun nəticəsinin ictimaiyyətə bəlli olması üçün bir qədər göjzləməliyik.

«Dənizçilər» bu gün növbəti turun hazırlıqlarına start verəcək. Rəhbərlik məşqələrə nəzarəti Elvin Məmmədova tapşırıb.

Bayıl təmsilçisinin 19 yaşlılardan ibarət komandasını çalışdıran millinin keçmiş yarımmüdafiəçisi 2-3 gün də olsa, burada iş başında dayanacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 18:10 Çək və bizə göndər!
26 Dekabr 08:40 Bu da 7 qol! - VİDEO
26 Dekabr 02:30 Bu siyahıda onlar da var
26 Dekabr 01:10 İsayevin halı necədir?