Premyer Liqa klubundan dördüncü transfer - Albaniyalı müdafiəçi

8 İyul 2024 00:50 Səbail 1 363
Premyer Liqa klubundan dördüncü transfer - Albaniyalı müdafiəçi

2024/2025-ci illər mövsümünün transfer çalışmalarını davam etdirən “Səbail” daha bir futbolçunu heyətinə cəlb edib.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, “dənizçilər” son klubu Şimali Makedoniya təmsilçisi “Qostivar” olan Amir Bilali ilə 1 illik müqavilə imzalayıb.

30 yaşlı albaniyalı mərkəz müdafiəçisi komandada 44 nömrəli formada çıxış edəcək.

"Səbail" bundan əvvəl Fərid Nəbiyev, Nihat Quliyev və Vüsal Məsimovu transfer edib.

Digər Xəbərlər
Xəbər Lenti
11 Sentyabr 18:10 Çək və bizə göndər!
11 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
11 Sentyabr 03:40 “Sabah”a gəldilər - FOTO
11 Sentyabr 03:10 Ləman “Neftçi” yolunda