COP29

“Zirə”ni udun, 200 min manat alın - VƏD ETDİLƏR

25 May 17:00 Səbail 5 313
“Zirə”ni udun, 200 min manat alın - VƏD ETDİLƏR

Bu gün Azərbaycan Premyer Liqasında sonuncu - XXXVI tura start veriləcək.

Hər üç qarşılaşma eyni saatda başlayacaq.

Matçlar avrokuboklara vəsiqə baxımından əhəmiyyətli olacaq. Bundan əlavə, çempionatda gümüş və bürünc mükafatçı da müəyyənləşəcək.

"Zirə" təmsil etdiyi qəsəbədə "Səbail"i qəbul edəcək. 55 xala malik olan "Zirə" və "Sabah" 3-4-cü sıraları bölüşdürürlər.

"Səbail" 42 xalla yeddinci yerdədir. Belə deyək, sonuncular avrokuboklara vəsiqə qazanmaq şansını artıq itirib.

“Dənizçilər” ən yaxşı halda 1 pillə yuxarı qalxmağa ümid edə bilər.

Əlbəttə, bu, onlara heç nə vermir. Amma ki… Puldan başqa.

Nə qədər qəribə görünsə belə, “Səbail” rəhbərliyi komandanı stimullaşdırmağı lazım bilib. “Zirə”ni məğlub edərlərsə, kollektivə 200 min manat mükafaat paylanacaq.

Deyəsən, klubun sponsorlarının pulu çox düşüb, xərcləməyə başqa yer tapmırlar. Ya da ki, “Zirə”nin çempionat yolu ilə qitə arenasına çıxmasını əngəlləməkdə başqa maraqları, yaxud hansısa prinsipləri var.

Əks halda, onlar üçün heç bir əhəmiyyət kəsb etməyən qarşılaşmaya görə bu qədər vəsaitdən niyə keçsinlər ki?

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"