Ağır zədədən qayıdan forvardı qız övladı belə qarşıladı - FOTO

21 Aprel 21:15 Səbail 673
Ağır zədədən qayıdan forvardı qız övladı belə qarşıladı - FOTO

"Səbail"in yarımmüdafiəçisi Ağabala Ramazanov uzun zədədən sonra geri qayıdıb.

Təcrübəli oyunçu Premyer Liqanın 31-ci turunun "Araz Naxçıvan"la baş tutan matçda ehtiyat skamiyada yer alıb.

30 yaşlı hücumçunun 5 aylıq aradan sonra qayıdışını onun qız övladı tribunada açdığı "Xoş gəldin, ata" pankartı ilə qarşılayıb.

Xatırladaq ki, Ağabala Azərbaycan Premyer Liqasının 12-ci turunun "Turan Tovuz"la matçında ağır xəsarət almışdı.

Kapitan rəqib futbolçu Faiq Hacıyevlə toqquşmadan sonra yerdə qalmış və çənəsindən zərbə alan 30 yaşlı hücumçu Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya aparılmışdı.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti