Premyer Liqada QƏRİBƏ OLAY: Meydanı tərk etmək istəmirdi, güclə yola gətirdilər - VİDEO

21 Aprel 18:35 Səbail 1 028
Premyer Liqada QƏRİBƏ OLAY: Meydanı tərk etmək istəmirdi, güclə yola gətirdilər - VİDEO

Hesabat turunun “Səbail” – “Kəpəz” matçı gərginliyi ilə həftəyə damğa vurdu.

İlk hissədə gəncəlilər hesabda iki dəfə önə keçdi, fasilədə Şahin Diniyevin etdiyi əvəzetmələr bəhrəsini verdi ki, “dənizçilər” 3 qol vurub hesabı xeyrinə dəyişdi.

Matçın son saniyələrində “Səbail”lilər qələbəni bayram etməyin planlarını cızanda, meydana sonradan daxil olan Adi Mehremiç öncə sarı vərəqə aldı, ardınca hakimi təhqir etdiyinə görə qarşısında “qırmızı” gördü (90+3).

Azlıqda qalan bayıllıları Mate Kvirkviya baxımlı qolla cəzalandırdı – 3:3.

Bosniya və Herseqovinalı müdafiəçi hakimin sərt üzünü görəndə meydanı tərk etmək istəmirdi. Ehtiyat oyunçular skamyasına gəlib rus dilində bir neçə dəfə “yox” dedi.

Üzünü VİP-lojaya tutub “bu nədir axı” sualını verməklə hakimdən şikayətçi olduğunu göstərdi.

Yaxınlıqda olan məşqçi və futbolçu heyətinin israrından sonra bosniyalı müdafiəçini sakitləşdirib, onu paltardəyişmə otağına yola salmaq mümkün oldu.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti