"Bu mövsüm daha aqressiv, qələbə üçün alışıb-yanan “Səbail” görəcəyinizə əmin olun"

1 İyul 2022 21:00 Səbail 667
"Bu mövsüm daha aqressiv, qələbə üçün alışıb-yanan “Səbail” görəcəyinizə əmin olun"

“Ötən ayın 20-sindən hazırlığa başlamışıq, hər şey qaydasında gedir.

Məşqlərimiz daha çox fiziki hazırlıq üzərində keçir.

Komandamıza yeni qoşulan futbolçular da çalışırlar daha tez kollektivə uyğunlaşsınlar”.

Bunu Sportinfo.az-a açıqlamasında yeni mövsümə hazırlıq üçün Bakıda toplanış keçən “Səbail”in müdafiəçisi Adil Nağıyev deyib.

Təcrübəli oyunçu iddialı komanda olacaqalarına əminliyini ifadə edib:

“Rəhbərlik bizdən bu il daha çox şey gözləyir. Məşqçilər heyəti, biz futbolçular da istəyirik ki, yaxşı nəticə qazanaq.

“Səbail”i yüksək pillələrdə görmək istəyirik. Zamanla hər şeyi görəcəyik, inşallah.

Bu mövsüm daha iddialı, daha aqressiv, qələbə üçün alışıb-yanan “Səbail” görəcəyinizə əmin ola bilərsiz”.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!