Azərbaycan klubu 130 min dollar ödəməyə hazırdır - Millinin ehtiyat qapıçısına

23 İyun 2022 15:00 Səbail 2 807
Azərbaycan klubu 130 min dollar ödəməyə hazırdır - Millinin ehtiyat qapıçısına

Transfer bazarında ən aktivlərdən olan «Səbail»in Emil Balayevə təklif etdiyi məbləğ eşidənləri təəccübləndirib.

Konfrans Liqasına vəsiqə uğrunda «döyüş»ə biləcək heyət qurmaq yolunda kisənin ağzını açan «dənizçilər» millinin ehtiyat qapıçısına illik 130 min dollar ödəməyə hazırdır.

Üç ay öncə «Qarabağ»dan «Turan-Türküstan»a keçmiş kiperin Qazaxıstanda aylıq qazancı 15 min dollardır.

Bu ilin sonunadək müqaviləsi qüvvədə olan «əlcək sahibi» hazırda yerli klub rəhbərliyi ilə danışıqlar aparır.

O, nadir hallarda forma şansı qazandığı üçün azad agent statusu ilə Azərbaycana qayıtmaq istədiyini bildirib.

SPORTİNFO.AZ

Xəbər Lenti
13 Oktyabr 20:00 Budur, Ukrayna?
13 Oktyabr 18:10 Çək və bizə göndər!
13 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM