Yaxşı maliyyə, keyfiyyətli transferlər, güclü komanda barədə

16 May 2022 02:00 Səbail 927
Yaxşı maliyyə, keyfiyyətli transferlər, güclü komanda barədə

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Sportinfo.az xəbər verir ki, o, 0:3 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Artıq çempionluğu təmin etmiş komandaya qarşı oynayırdıq. Onları bu çempionluq münasibətilə təbrik edirəm.

Bu oyunda bizi yalnız o düşündürürdü ki, son turda “Sumqayıt”la görüşə son pillədən qurtulmaq şansımızı saxlayaq. Lakin bu da alınmadı.

Onsuz da bu heyətlə ciddi hədəflər uğrunda mübarizə apara bilməyəcəyimiz bəlli idi. Sadəcə, futbolçuların əzmi, istəyi ilə nəyəsə nail olacağımız ümidliydik.

Amma təəssüf ki, bu ümidlərimiz doğrulmadı. Müasir futbolda hər xırda detal çox vacibdir. Hesab edirəm ki, növbəti mövsümdə indikindən daha yaxşı mövqelərdə olmağımız üçün heyətimiz azı 80 faiz dəyişməli, güclənməlidir.

Mövsümün sonuna kimi növbəti mövsüm barədə düşünməməyə çalışırdıq. Lakin bu gün “Sumqayıt”ın bir xal qazanması ilə son matçımızın demək olar ki, bir əhəmiyyəti qalmadı.

Bu üzdən bütün fikrimzi növbəti mövsümə yönəldə bilərik. Heyətdəki oyunçulardan kimlərin qalacağı, kimlərin gedəcəyi barədə məşqçilər heyəti, rəhbərliklə birgə müzakirələrdən sonra qərar verəcəyik

. Yaxşılığa doğru dəyişiklər gözlənilir. Təbii ki, edəcəyimiz transferlərdən çox şey asılıdır. Çalışacağıq ki, keyfiyyətli futbolçular alaq,

daha mübariz kollektiv formalaşdıraq. Rəhbərliklə söhbətimizdə də bu amilin rolu az olmadı. Həm də uzun müddətdir bu klubda çalışıram. Bütün bunlar yeni müqavilə bağlamağımda müəyyən rol oynadı.

Digər tərəfdən klubun ən yaxşı günlərində burda olmuşamsa, ən çətin anlarında da atıb gedə bilməzdim. Təbii ki, bu mövsümdə olduğu şərtlər irəli sürülsəydi, bəlkə fikirləşərdim

. Amma büdcənin ən azı indikindən daha yaxşı olacağına dair vədlər verildi. Bu, tək bizə aid deyil. Digər klublar da daha güclü olmağa çalışacaqlar.

Ona görə növbəti mövsümdə daha maraqlı çempionat izləyəcəyimizi düşünürəm”.

Digər Xəbərlər
Xəbər Lenti