Xeyirsiz klubdan xeyirsiz qərar - Bəlkə bircə dəfə...

15 Yanvar 2022 19:40 Səbail 1 174
Xeyirsiz klubdan xeyirsiz qərar - Bəlkə bircə dəfə...

Azərbaycan futboluna yamaq olan şəxslər kimi, klublar da az deyil.

Onların başında isə "Səbail" Futbol Klubu gəlir.

Açığı, heç vaxt bu komandanı peşəkar bir klub kimi qəbul etməmişəm.

Futbol camiəsində də hamı bilir ki, yamaq klub kimlərinsə şəxsi layihəsidir. Kefləri istəyəndə "Bayıl arena"ya qıfıl vurub, klubu da "klublar məzarlığı"na göndərəcəklər.

Amma dəfnə kimi fakt yaşayır və guya Azərbaycan futboluna xidmət edir. Amma ona xidmət demək olarsa...

5 illik tarixini bada verən klub üçün ilk dəfə Azərbaycan futboluna fayda vermək kimi bir şansı yaranıb.

Belə ki, komandanın 23 yaşlı üzvü Turan Manafova Yunanıstan klubundan təklif gəlib. Hətta tərəflər arasında razılıq da əldə olunub. Turanın üzərində zəhməti böyük olan baş məşqçi Aftandil Hacıyev də verilən qərara "xeyirli olsun" deyib.

Amma futbol klubunun futboldan xəbər rəhbərliyi işi uzadır. Ki, Manafovun müqaviləsi var və müəyyən təzminat ödənməlidir.

Bəlkə, bircə dəfə də öz mənafeyinizi yox, Azərbaycan futbolunu düşünəsiniz? Axı nə qədər qarğış qazanmaq olar? İşin alqış tərəfi də var axı.

Turanın cəmi 23 yaşı var. Gələcəyi isə qabaqdadır. Özü də istedadlı biridir. Kömək edin, yol göstərin ki, inkişaf etsin, uğur qazansın.

Vallah-billah, biz də illər sonra nə vaxtsa "Səbail" kimi yamaq klub olduğunu yada salanda, mötərəzədə də bu xeyir əməlinizi mütləq qeyd edəcəyik. Əgər belə xeyri siz bacarsanız...

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti