Aftandil Hacıyev çıxılmaz duruma düşdü - Nə qərar verəcək?

12 Yanvar 2022 23:40 Səbail 934
Aftandil Hacıyev çıxılmaz duruma düşdü - Nə qərar verəcək?

"Səbail"in cinah müdafiəçisi Turan Manafovu heyətində görmək istəyən bir neçə klub var.

Onların arasında həm yerli, həm də xarici klublar yer alır.

Hətta Yunanıstanın aşağı liqa təmsilçisi "Olimpiakos" (Volos) futbolçumuzun transferini rəsmi səhifəsindən elan etmişdi.

Əslində Turan özü də legioner həyatı yaşamaqda maraqlıdır. Amma klubu ilə olan müqavilə vəziyyəti çətinləşdirir.

Ən çətin durum isə baş məşqçi Aftandil Hacıyev üçün yaranıb. Onsuz da heyəti kasad olan gənc mütəxəssis digər yandan da əsas heyət üzvünü itirmək istəmir.

Ancaq Hacıyev futbolçusunu narazı salacaq qərar da vermək istəmir. Ona görə də Manafovla bağlı vəziyyət bir qədər vaxt alır. İstənilən halda hər şey Hacıyevin qərarından asılıdır.

O isə ən geci 2-3 günə öz seçimini etməlidir. Ya mövsümün sonuna kimi olan müqaviləni əsas götürüb Manafovu yanında saxlamalı, ya da onun inkişafı üçün edilən təkliflərə müsbət rəy verməlidir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!