"Başqa klublara baxanda geridə olmağımızın fərqindəyik"

4 Dekabr 2021 11:00 Səbail 431
"Başqa klublara baxanda geridə olmağımızın fərqindəyik"

“Səbail”in yarımmüdafiəçisi Əfran İsmayılov klubun rəsmi saytına müsahibə verib.

Sportinfo.az xəbər verir ki, o, Premyer Liqanın 13-cü turunda səfərdə qarşılaşacaqları “Keşlə” ilə oyun barədə fikirlərini açıqlayıb.

- Sonuncu dəfə Premyer Liqanın 8-ci turunda “Qarabağ” üzərində 1:0 hesablı qələbə qazanmısınız. Sizcə, növbəti oyunda məğlubiyyət seriyası qırılacaq?

- Növbəti oyunda uğursuz seriyaya son qoymağa çalışacağıq. “Keşlə” xal baxımından bizə yaxın olan rəqibdir. Bu oyunda xal qazanmalıyıq. Əks təqdirdə, digər komandalarla aramızdakı xal fərqi çoxalacaq. Maksimumu etməyə çalışacağıq.

- “Keşlə” ilə oyundan gözləntiləriniz nələrdir?

- Sabahkı oyun barədə ancaq qələbə haqda fikirləşirik. İddialı komandaya qarşı oynayacağımızı bilsək də, üç xalı qazanmalıyıq. Baxmayaraq ki, səfərdə oynayacağıq, qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

- “Səbail”in əsas üzvlərindən birisən. Müşahidələrinə əsasən, komandada oyunöncəsi əhval-ruhiyyə necədir?

- Çətinliklərimizin və başqa klublara baxanda geridə olmağımızın fərqindəyik. Buna baxmayaraq, komandada əhval-ruhiyyə yaxşıdır. Uzun müddətdir bir-birimizi tanıyırıq, gənc futbolçular və legionerlər də komandanın ümumi ab-havasına uyğunlaşıblar. Burada baş məşqçi amilinin də xüsusi rolu var. Çalışırıq hər şey yaxşı olsun və bunu növbəti oyunumuzda da əks etdirə bilək.

- Peşəkar futbolçu kimi hazırda “Səbail”in heyətindəki gənc futbolçulardan kimi daha perspektivli görürsünüz?

- Hazırda heyətimizdə gənc futbolçular çoxdur. Hamısı da bir-birindən istedadlıdır. Mən xüsusilə, Elmir Tağıyevı vurğulamaq istəyirəm. Gələcəkdə uğurlu olacağına inanıram.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı