Əgər baş məşqçi etiraf edirsə ki…

19 Sentyabr 2021 11:40 Səbail 741
Əgər baş məşqçi etiraf edirsə ki…

Qəbələdə liderlik yarışmasına çıxan iki komanda üz-üzə gəlirdi.

«Səbail» eyniadlı komandanın qonağı idi.

İlk hissəsi qolsuz bitən matçın 5:0-la bitəcəyini «Qəbələ»nin baş məşqçisi Elmar Baxşıyev də ağlının ucundan keçirə bilməzdi. O, fasilədən sonra 1:0-a da razı idi,

Ədilxan Qaraəhmədovun qırmızı vərəqə alması ilə hesab bu həddə çatdı. Ev sahibləri son 5 dəqiqədə daha 3 dəfə fərqlənməklə, qonaqları biabırçı duruma saldı.

Bu, o deməkdir ki, «Səbail»in bir atımlıq barıtı var imiş? Aftandil Hacıyev belə məğlubiyyətlərin gözlənilən olduğunu etiraf edirsə, biz daha nə deyə bilərik ki…

«Səbail» yarımhəvəskar klubdur. Elə əksər futbolçuları da. Hacıyev maliyyə imkansızlığı üzündən onlara möhtac qalıb.

Harada futbolu tükənmiş, suyu süzülmüş oyunçu var, yığıb bir yerə. Belə yerdə sabitllik ola bilməz.

İki-üç tur belə olacaq, iki-üç tur elə. Əhval-ruhiyyədən asılıdırlar. Erkən qol buraxmasalar, həvəsdən düşməyəcəklər. Ya da əksinə.

Bir komandanın qapısını Elxan Əhmədov qoruyursa, hər şey gözləmək mümkündür. Kamran Ağayevin məşqçilərlə yaşadığı problemə görə meydana çıxmaq şansı qazanan bu qapıçıya qol vurmamaq qəbahətdir!

Necə olub, «Sumqayıt»lılar ötən həftə Əhmədovun qapısına yol tapa bilməyib, baş açmaq çətindir. «Qəbələ»liləri də heç nədən 65 dəqiqə gözlətdi.

Topa çıxışlarda və «ikinci mərtəbə»də inamsız görünən kiperə sonrakı dəqiqələrdə hər fasonda və dərslliyə salıınacaq qollar vurdular.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu