"Sabah" özünü ukraynalılara tanıtdı - Sloveniyadan FOTOLAR

14 İyul 2024 01:00 Sabah 1 901
"Sabah" özünü ukraynalılara tanıtdı - Sloveniyadan FOTOLAR

"Sabah" Sloveniya təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Krunoslav Renduliçin rəhbərlik etdiyi kollektiv Ukraynadan "Krivbas" ilə üz-üzə gəlib.

Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.

"Sabah"ın ilk qolunu Coy-Lens Mikels vurub. İkinci qol isə avtoqoldan qeydə alınıb.

"Sabah" Sloveniyada iki hazırlıq matçı keçirib. Masazır təmsilçisi yerli "Koper"ə 1:0 hesabı ilə qalib gəlib, Serbiyanın "Çukariçki" klubu ilə qolsuz heç-heçə edib.

Xəbər Lenti