Ramil Şeydayev Rusiyada kimlərin qarşısına çıxacaq?

03:20 Hadisə 78
Ramil Şeydayev Rusiyada kimlərin qarşısına çıxacaq?

“Soçi” də azarkeşlərlə görüş təşkil olunacaq.

Sportinfo.az I Liqa təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iki futbolçu klubun mağazasında azarkeşlər önünə çıxacaq.

Belə ki, yerli müdafiəçi Artyom Makarçuk və Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev sabah axşam saatlarında azarkeşlərlə görüşəcək, onlarla şəkil çəkdirəcək və avtoqraf verəcəklər.

Tədbirə gələnlərin hər birinə çempionatın 13-cü turu çərçivəsində oktyabrın 11-də “Ufa” ilə keçiriləcək ev oyununa bilet hədiyyə ediləcək.

“Soçi” 12 turdan sonra 23 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşır.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO